Kadrları cavanlaşdırmaq hər şey deyil…

19 May, 2020, 14:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Özündən razılar köhnə (və yeni) vər­diş­­lərindən uzaq­laşmaq istəmirlər…

Biz demirik gənc, yaxud sağlam yaşlı kadrlar mütləq alim, elm sa­­hibi olsun, lakin o, etibarlı vəzifə daşıyırsa, müsahibi ilə görüşdən min bir bəhanə ilə boyun qaçırmamalıdır

Tarixən insanlar mövcud durumu ilə kifayətlənməmişlər, həm intellektual, həm də emosional potensialını inkişaf etdirmişlər, yoxsa sivilizasiyalar yaran­maz­dı. Belə bir ilahi zərurətin yükünü filosoflar, psixoloqlar, fiziklər, riyaziyyatçılar, ta­­rixçilər, bioloqlar və yazarlar daşımışlar. Belə bir ehtiyac orta əsrlərin payına dü­ş­müşdür, ən görkəmli alimlər məhz bu dövrdə doğulmuş və fəaliyyət gös­tər­miş­lər. Tale dəyərləri isə Şərqin dühalarına məxsusdur: mübaliğəsiz etirafdır. İşlərin (prob­­lem­lərin) gedişini nizama salmaq və idarə etmək məsuliyyəti dövlət başçı­la­rı­nın məsuliyyəti üzərinə düşmüşdür. Siyasi və sosial elita nümayəndələri kadrlara gü­­vən­mişdir, ən bacarıqlılarını və istedadlılarını, dövlətin qanunlarına etibarlıları və­zifələrə gətirmişlər. Şübhəsiz, həmin kadrlar vicdanla çalışmış, heç bir neqativ pro­seslərdən nəinki kənarda durmuş, haram barmaqları dibindən kəsmişlər. Təbii ki, yaş öz işini görmüş, yerlərini məmnunluqla gənc kadrlara vermişlər.

Bu gün Azər­­­baycanımızda belə bir tarixi təcrübənin yeni mərhələsinə başlanmışdır: gənc­lər dolu təhsillə yaşlıları əvəzləyirlər. Lakin bir məsələ də realdır ki, hər məlu­mat­lı­lar, xarici ölkələrdə təhsil alanlar, milli məktəblərimizdə diploma layiq görülmüş­lər elitar ailədən çıxmışlar və s. ümidi doğrultmadılar, bunu yaxın keçmişimiz bir da­­ha göstərdi. Etimadı qazanmayanların bir qrupunun bir bəlası idarə olunduq­la­rı­nın yalnız bioloji əsasını anladılar, dar təfəkkürlərinin funksiyasını başa düş­mədi­lər. Onlar əqlin hüdudlarını idrak etməyi bacarmadılar, onun (ağlın) qəlbdə tox­da­ma­­­sın (birləşməsini) görmədilər. Qəlb hissiyyatın, duyğuların mərkəzidir. Təfək­kü­­rün də­yə­ri də hisslərlə beyin və qəlb funksiyasının ahəngini yaratmaq fəaliy­yə­ti­ni şərt­lən­dir­mək işidir. Kamil insan olmaq üçün duyğuların mərkəzi olan qəlbin mə­nə­­vi tər­bi­yəyə ehtiyacı vardır. İnsan qəlbsiz və əqilsiz heç nəyə nail ola bilməz, de­mə­­li, gənc ikən hər bir şəxsin (fərdin) hisslərini təkmilləşdirməyə iradəsi çat­malı­dır. Bu yol həqiqətə yaxınlaşmağın yoludur ki, yalnız təfəkkürlə, sağlam düşün­mək­­lə müm­kündür. Biz demirik gənc, yaxud sağlam yaşlı kadrlar mütləq alim, elm sa­­hibi olsun, lakin o, etibarlı vəzifə daşıyırsa müsahibi ilə görüşdən min bir bəhanə ilə boyun qaçırmamalıdır. Məşhur fransız filosofu Mişel Monten (1553-1592) yaz­mış­­dır ki, elm işıqdan məhrum ürəklərə aydınlıq gətirməkdə, yaxud da kar adamı gör­­məyə məcbur etməkdə acizdir, elmin təyinatı insana görmək qabiliyyətini ver­mək yox, hərəkətdə olan zaman görmək qabiliyyətindən düzgün istifadə etməyi öy­rət­­məkdir, o şərtlə bu insan sağlam, yeriyə bilən ayaqlara malikdir.

Yeni kadrlar köhnələrin buraxdıqları ciddi subyektiv səhvləri araşdırmalı, ümu­­miləşdirməli və xalqına xidmət etməlidir, buna borcludur. Bu baxımdan mən çox-çox ümidliyəm.

Qorxu haradan başlamalı:

Vicdan və qanunlara əməl olunmamasından. Soyuq, buz kimi vicdan aman­sız olur, ən yaxın və doğma adamına xəyanət edir, Makedoniyalı İsgəndərin dostu, se­çil­­miş suvari dəstəsinin rəisi Filota (e.ə. 360-330) kimi. O, İsgəndərə sui-qəsddə iş­­ti­­rak etdiyi üçün əsgərlərin qərarı  ilə daşa basılmışdır. Qəribəsi odur, belə əqidəli mə­­murları gördük, onlar xəyanətdən sığorta olunmadılar. Başlıca səbəbsə onlar ağ­­lın həqiqətindən uzaqlaşdılar, harama üstünlük verdilər, sərvət düşkününə çevril­di­­lər. Təfəkkür dəyişməmişsə, kadrların yaşlı, yaxud cavan olmasının heç bir əhə­miy­­yəti yoxdur. 20-25 il əvvəlin kadrlarıdır, əlləri korrupsiyaya bulaşanlardır, gö­zü­­müzün qabağında olmuşlardır. Vəzifə onlara etibar olundu, yuxarıdan müxtəlif yol­­­lar və vasitələrlə etibar qazanandan sonra gəldilər bu günə. Sovet qanun­çu­lu­ğun­­dan qorxurdular, necə ki cəzasızlıq sindromu mütləqləşdi, başladılar yeni müs­tə­­qil və Demokratik Respublikamızı bəd əməllərilə nüfuzdan salmağa. 20-25 il dal­ba­­dal deputat olar? Bəs hanı yeni nəfəs, yeni düşüncə tərzi, rəqabət? Əgər korrup­si­­yada adı hallanan, öz gəlirli infrostrukturlarını başqa-başqa adlara sənədləşdirən de­­putatlar himayə olunursa və onların saxtalıqları ifşa olunmursa və yenidən millət və­­­kili seçiləcəyinə inanırsa…

Bu günün vəzifədə olan məmurları (əlbəttə, hamısı yox, yüksək intellek­tual­lı­­­larla qürurlanmağa dəyər) şəxsi ifrat qayğılarına o dərəcədə aludəçilik törətmişlər ki, oxumaq, savadlanmaq, idrakı inkişaf etdirmək haqqında düşünməyə vaxt tap­ma­­mışlar. On beş-iyirmi il bir kresloda oturub bir məkana – gəlir yerinə əl uzat­mış­­lar. Azərbaycanımız elə də geniş ərazi deyil, hər şey göz qabağındadır: bölgə­lə­rə ayaq atırsan, dəbdəbəli villalar, şadlıq evləri, restoranlar, bazarlar diqqətindən ya­­yın­mır və soruşursan bu obyekt kimə məxsusdur, cavabı birmənalıdır: icra baş­çı­sı­­nındır, nazirindir, komitə sədrinindir, deputatındır və ilaxır mənsəb sahibinindir. Sə­­nədləşməyə gəldikdə, cüzi maaşlı, gəlirli məmurun, yaxud bir qohumunun ün­va­­nına gedib çıxır. Elə isə belə neqativ prosesləri araşdıran qurumlar yox­mu­dur? Əgər rayon icra başçısının özü bu qanunsuz işlə məşğuldursa hansı düz­gün­lük­­dən danışarıq? Kritik hal o yerə çatır – o bölgənin sakinləri haray qoparır: “Bizi  ra­­yon ic­ra başçısının əlindən xilas edin!” O isə vəzifəsində davam edir və qisas­çı­lı­ğa baş­la­yır. Çox məqamlarda jurnalist araşdırması sıfıra dəyişdirilir.

Ölkə Prezidentinə, eləcə də səlahiyyətli qurum rəhbərlərinə onlarla şikayət mək­­tubları ünvanlanır mətbuat vasitəsilə. Cavablar ya səmərəsiz, təsirsiz alınır, ya­xud səlahiyyətsiz məşğulluq idarəsidirsə, nədirsə ora göndərilir. (Mənim başıma bu “oyun” iki dəfə gəlmişdir). Hər şeyi ölkə başçısından, məncə, ummaq ədalətli ol­maz­­­dı, amma “iri kalibirli” qurum rəhbərlərindən müsbət nəyisə gözləməyə insan­la­­rın haqqı çatır. Bu problemi prezident İlham Əliyev dəfələrlə məmurların nəzə­ri­nə çatdır­mış ki, camaatı incitməyin. Təəssüf, özündən razılar köhnə (və yeni) vər­diş­­lərindən uzaq­laşmaq istəmirlər. Nə üçün bu cür alınır? Özümə də sual ver­mi­şəm, cavabı üçün çətinlik çəkmişəm. Son qənaətim belə olub ki, onlar kabinet­lə­rin­də “sənəd mak­latura”ları ilə əylənir, “şunur apar”, “şunur gətir” (sovetdən qalma ifa­­dədir) psi­­xologiyası ilə fon yaradırlar. Bu, həqiqətdir və davam etməkdədir.

Bəl­kə də səhv­­dəyəm: mənim aləmimdə “birincilər” ziyalı – şikayətçini qəbul etmək­dən çə­ki­­nirlər, çünki məntiqi mühakimədən uzaqdırlar, alimdirsə, yazardırsa onun bir əsə­rini be­­lə oxumamışlar. Həmin vəzifəli şəxslər üçün standart adlar var: xalq ya­­zı­çısı, xalq şairi, dəbdə olan (süni təriflər yağışında çimən) akademik, müxbir üz­­vü, əmək­­dar elm xadimi, kiminsə qohumunu və başqalarını dərhal içəri dəvət edir­­lər, Xü­­susilə, oxuyan qadınlar olsun. Təbii ki, qadını gözlətmək yaxşı hal deyil. Bəs göz­­ləməkdə, dəvət intizarında narahatçılıq keçirən nə etsin ki kişi doğul­muş­dur!

Sabiq Təhsil naziri, professor, MEA-nin müxbir üzvü Misir Mər­da­­novla görüşlərimi xatırlayıram. O, hətta nazirliyin həyətində dəfələrlə rastlaşıbdır mənim­lə. Yu­­xarı qalxmayıb, 10-15 dəqiqə söhbətimizdə gəlmə səbəblərimi soruşub, la­zım bilibsə “filan vaxt filan saatda qəbuluma gələrsiz” – demişdir. Yaxud, şöbə və ida­­­rə müdirləri, rəisləri problemsiz qəbul etmişlər. Bir stəkan çaya da qonaq et­miş­lər. Bir neçə il olar (Misir Mərdanovun gedişindən sonra) nazirə teleqram vurdum ki, məni qəbul etsin, cavabında müavinlərindən biri (adını çəkmək istəməzdim) qə­bul etdi və bunu normal saydım. Lakin müavin – ifadəmi qeyri təvazökarlıq əla­mə­ti hesab etməyin: – Sizi tanımadım, kimsiniz? – dedi. “Cavabında çox təəssüf ki, res­publikada tanınmış pedaqoq – alimi, təhsil işçisini (Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda çalışırdım) tanımaya bilməzsiniz, barı, qar­­­şınızda haqqımdakı “dosyeyə” baxın, – dedim. – İnciməyin, nazir müavinisiz, ki­­­mi qəbul etdiyinizi qabaqcadan bilməyə borclusuz. Beləliklə, söhbətimiz baş tut­madı.

(Ardı var)

Allahverdi Eminov


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93