Kamran Əliyev kürəkənini işdən çıxardı – AÇIQLAMA

3 İyun, 2020, 16:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.
Əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.
Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.
O bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.
O.Nuriyevin yeni iş yeri barədə sorğumuza cavabında isə E.Sultanov bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətində məlumatın olmadığını vurğulayıb.
Qeyd edək ki, Orxan Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur./bakupost/

Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93