“Karantin rejimi bu ilin sonuna qədər davam edəcək” – Ramin Bayramlı

15 May, 2020, 18:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Bütün dünya ölkələri sərt karantin rejimi əvəzinə insanları virusla birgə yaşamağa öyrəşdirməyə başlayıb”.

Hurriyyet.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yaxın 1 il ərzində vaksinin əldə olunması gözlənilmir: “Virusu orqanizmdən kənarlaşdırmaq üçün dərman da yoxdur. Bütün amillər deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək: “Ola bilər ki, xüsusi karantin rejimindən çıxaq. Tibb müəssisələrimizin resursları, tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunması və müalicəsinə adekvatdır. Ancaq bu yükün nə dərəcədə artması vətəndaşlarımızın sosial məsuliyyətindən asılı olacaq”./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93