“Karantin adı altında insanları müxtəlif çadırlara, zirzəmilərə doldurmaq perspektivsiz bir işdir” – ADİL QEYBULLA

30 Mart, 2020, 8:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Fransada artıq yüngül xəstələr belə, evdə müalicə alırlar”

“Karantin adı altında insanları müxtəlif çadırlara, zirzəmilərə doldurmaq perspektivsiz bir işdir. Əgər karantində bir adam xəstələnsə, orda olan hər kəsin sağalamlığı təhlükə altına düşəcək”.  Hurriyyet.org xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla  Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargaha müraciət ünvanlayıb.

A. Qeybullanın fikrincə, bütün ölkəyə daxil olanlar, sərhəd keçənlər, əgər onlarda COVID-19 –a bağlı əlamətlər yoxdursa, qeydiyyata götürüb evdən çıxmamaq şərtilə öz ünvanına yollamaq məsləhətdir: “Xüsusi həkimlər və tibb işçilərindən ibarət qruplar hazırlanmalıdır. Onlar konkret bir ərazi, kvartal üçün ayrılmalı (ailə və sahə həkimləri tipində), əlavə maaş və lazımi avadanlıqlarla təmin və təhciz edilməlidir. Bu, çox vacibdir”

“Dünya təcrübəsinin müsbət tərəflərindən yararlanmaq lazımdır”

A. Qeybulla hesab edir ki, sabah xəstələrin sayı artsa, xəstəxanalarda yer olmasa, onsuz da biz bu yolu seçməyə məcbur olacağıq: “Fransada artıq yüngül xəstələr belə, evdə müalicə alırlar. Dünya təcrübəsinin müsbət tərəflərindən yararlanmaq lazımdır. Təcrübə göstərir ki, təşkilati tədbirlərin düzgün qurulması uğura gətirib çıxarır. Almaniya təcrübəsi bəlkə də ən nümunəvi sayıla bilər”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93