Karantini pozan bələdiyyə başçısı özünü ölülüyə vurub tabuta girdi – FOTO

22 May, 2020, 13:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Peruda bələdiyyə başçısı dostları ilə içki içmək üçün karantin qaydalarını pozub.

Sondakika.com xəbər verir ki, hadisə Kastrovirreyna əyalətinin Tantara rayonunda baş verib.

Bələdiyyə başçısı Cemi Rolando Urbina Torres koronavirusu ciddi qəbul etməyərək, dostları ilə spirtli içki içib.

Polisin gəldiyini görən Torres və ətrafındakılar yaxalanmamaq üçün tibbi maska ​​taxaraq tabutlara giriblər. Polis bundan əvvəl onların şəkillərini çəkməyə müvəffəq olub.

Qeyd edilir ki, Torres əvvəllər yerli sakinlər tərəfindən virusu ciddi qəbul etməməkdə və bölgədə zəruri təhlükəsizlik tədbirləri görməməkdə ittiham olunub./oxu.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93