Kardiologiya İnstitutunun keçmiş direktoruna cinayət işi açıldı

11 Aprel, 2019, 13:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, tibb üzrə elmlər doktor Adil Baxşəliyev barəsində cinayət işi başlanılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 240.1-1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə ittiham irəli sürülüb.

A.Baxşəliyevin cinayət işi prokurorluqda araşdırılaraq, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib və aprelin 22-də məhkəmənin hazırlıq iclası başlayacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93