Kəbədə ilk azanı oxuyan "Bilal-i Habeşi" vəfat etdi

Kəbədə ilk azanı oxuyan "Bilal-i Habeşi" vəfat etdi

"Çağırış" filmində "Bilal-i Habeşi" obrazını canlandıran Ali Ahmed Salem vəfat edib.

Aktyor 81 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ali Ahmed Salem kariyerasına radio aparıcısı kimi başlayıb.


O, daha sonra televiziyada verilişləri təqdim edib. Aktyor olaraq isə ilk dəfə "Şairlər Məhkəməsi" adlı komediya serialında çəkilib. \\News24.az