Keçmiş hakim azadlığa çıxdı – İcra başçısı təyin etdirmək adı ilə 600 min manat pul almışdı

1 İyun, 2020, 17:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

İcra hakimiyyəti başçısı vəzifəsinə adam düzəltmək adı ilə külli miqdarda pul almaqda ittiham edilərək həbs olunan hakim azadlığa çıxıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Həsən Əliyev Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Xatırladaq ki, Həsən Əliyev 2000-2007-ci illərdə Binəqədi rayon Məhkəməsinin sədri olub.

Son olaraq isə 7 il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. O, 2015-ci ildə həbs edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə o, Ramazan Səlimovdan icra başçısı təyin etdirmək adıyla 600 min manat pul alıb.

R.Səlimov bildirib ki, icra başçılığına təyinat söhbəti alınmayınca, ona Qubanın torpaq və xəritəçəkmə şöbəsinə rəis vəzifəsi təklif olunub, amma bu vəzifə vədi də alınmayıb.

R.Səlimovun şikayətindən sonra H.Əliyev pulun 250 min manatını qaytarıb.

Qeyd edək ki, H.Əliyev özünü təqsirli bilmir və R.Səlimovdan borc pul aldığını deyir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93