Kılıcdaroğludan Ermənistanın xain raket hücumuna REAKSİYA: Azərbaycanın yanındayıq

6

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə hücumları ilə müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qətiyyətlə pisləyirəm”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin ana müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıcdaroğlu özünün tvitter hesabında yazıb.

“İstəklərimi qardaş Azərbaycan xalqına çatdırıram və bir daha təkrar edirəm ki, onların haqlı işində onların yanında dururuq”, – deyə CHP lideri bildirib.