Salam, xoş gəlmisiniz.

Kim Çen hamama gedən məmuru güllələtdirdi

2020-02-14 11:31:00

Kim Çen hamama gedən məmuru güllələtdirdi

Hurriyyet.org xəbər verir ki, Şimali Koreyada koronavirus şübhəsi ilə karantində saxlanılan Ticarət Nazirliyi əməkdaşının hamama getməsi onun edam edilməsinə səbəb olub.

Şimali Koreyada Ticarət Nazirliyinin işçilərindən biri dövlət başçısı Kim Çen ilə birlikdə Çinə səfər etdikdən sonra koronavirus şübhəsi ilə karantin altına alınıb. Karantində olmasına rəğmən, ümumi hamama getdiyi ortaya çıxan məmur yaxalandıqdan dərhal sonra güllələnərək edam edilib.

Şimali Koreyada indiyə qədər virus hadisəsi qeydə alınamamasına rəğmən, xüsusilə Çinlə həmsərhəd bölgələrdə virusa qarşı ciddi tədbirlər görülür. Hökumət işçiləri öz açıqlamalarında virusa qarşı mübarizə tədbirlərinə riayət etməyənlərin sərt şəkildə cəzalanacaqlarını bildiriblər.

Məmurun edam edilməsi barəsində məlumatı Cənubi Koreyanın Dong-A Ilbo nəşri yayıb. Şimali Koreyada bu barədə rəsmi açıqlama verilməyib. Nəşrin yazdığına görə, fevralın əvvəlindən bəri Şimali Koreyada ciddi karantin tədbirləri görülür. Kim Çen qayda pozucuları ilə “hərbi vəziyyət qanunları ilə davranmağı” tələb edib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93