Kim Çen Inın İLK XARİCİ SƏFƏRİ – Putin KXDR lideri ilə təkbətək görüşdə nədən danışdıqlarını söylədi

25 Aprel, 2019, 9:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının prezidenti Kim Çen In ilə söhbətin “tet-a-tet” formatında keçirildiyini bildirərək deyib: “Biz dövlətlərimiz arasındakı münasibətlərin tarixindən, bu gündən, ikitərəfli əlaqələrin inkişaf perspektivlərindən danışdıq”.

Dövlət başçıları Koreya yarımadasındakı vəziyyəti də müzakirə ediblər. Putin söyləyib: “Vəziyyətin yaxşılığa doğru dəyişməsi perspektivlərinin açılması üçün nə etmək lazım olduğu barəsində fikir mübadiləsi apardıq”.

Görüş Vladivostokda yerləşən Russkiy adasındakı Dalnevostoçnı Federal Universitetinin kampusunda keçirilir.

İki saata yaxın davam edən təkbətək görüşdən sonra danışıqlar daha geniş formatda, iki ölkə nümayəndələrinin iştirakı ilə davam edib. Kim Çen In Rusiyaya dünən səhər gəlib. Bu, onun təkcə Rusiyaya yox, həm də ölkə başçısı kimi xaricə ilk səfəridir.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93