“Kimin şikayəti varsa, müraciət etsin” – Agentlik sədri həkimlərə səsləndi

12

Tibb işçilərinin əmək haqlarına əlavələrin edilməsi düzgün qiymətləndirilmir. Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, əmək haqları işlədiyi günlərə mütənasib şəkildə əlavə olunur. Bəzi tibb müəssisəsinin rəhbəri və ya işçilər düzgün qiymətləndirməyib, müəyyən anlaşılmazlıq yaranıb.
Hurriyyet.org azvision.az-a istiandən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, mart ayının 9483 tibb işçisinin, 1143 qeyri-tibb işçisinin əlavəsi ödənilib.

“Bunun üçün 6 milyon manatdan çox vəsait verilib. Proses tam bitməyib. Tibb müəssisələrindən siyahılar daxil olur, müəyyən dəqiqləşmələr aparılır. Texniki dəqiqləşmələrin aparılması ilə bağlı gecikmələr olur. Əgər hər hansı tibb işçisi şikayəti varsa və ya əlavəsini almayıbsa, bizə müraciət etsin. Məsələ araşdırılsın və əlavəsini alsın”.