Koreya ilə ABŞ arasında GƏRGİN HƏRBİ MÜZAKİRƏ BAŞLADI

29 May, 2020, 22:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Koreya Respublikası və ABŞ pandemiya səbəbindən baş tutmayan birgə hərbi təlimlərin məqsədi barədə razılığa gəlməyə çalışır.

Seul təlimlərin orduya operativ nəzarətin müharibə zamanı Birləşmiş Ştatlardan Şimali Koreyaya keçməsi məqsədilə ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin qiymətləndirilməsi üçün keçirilməsində israrlıdır. Hazırda Cənubi Koreya öz qoşunlarına yalnız dinc vaxtlarda komandanlıq edə bilir.

Amerikalı hərbçilər isə öz növbəsində gələcək təlimlərin koronavirus səbəbindən ləğv edilən və ənənəvi olaraq birgə müdafiə qabiliyyətinin artırılmasına hesablanan bahar manevrlərini əvəzləyəcəyini iddia edir.

İki ölkənin müştərək hərbi manevrləri taktiki müdafiə fənlərinin nəzərdən keçirilməsi üçün ildə iki dəfə həyata keçirilir. Koronavirusla bağlı vəziyyət səbəbindən baharda keçirilməsi nəzərdə tutulan təlimlər qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı. Yüksək vəzifəli məmurların məlumatına görə, hazırda ABŞ və Koreya Respublikası birgə manevrlərin avqust ayında keçirilməsi imkanlarını müzakirə edirlər.

Qeyd edək ki, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsindən sonra Seul düşmənin qəfil hücumu zamanı ölkənin müdafiəsini təşkili üçün öz qoşunlarını idarə etmək hüququnu ABŞ-a vermişdi. Cənubi Koreya yalnız 1994-cü ildə dinc dövrlərdə öz ordusuna komandanlıq etmək hüququnu özünə qaytarmışdı. Bununla belə, Vaşinqton indiyə qədər silahlı münaqişələr zamanı Cənubi Koreya qoşunlarına operativ idarəetmə imkanlarına malikdir. Bəzi analitiklərin fikrincə, ABŞ-ın razılığı əldə olunsa, öz qoşunları üzərində tam operativ nəzarət hüququ 2022-ci ildə Koreya Respublikasına təhvil verilə bilər. \\Teleqraf


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93