“Koronavirus 30 dərəcədə məhv olmayacaq” – Azərbaycanlı alimdən açıqlama

14 May, 2020, 16:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Tez-tez koronavirusla mübarizə aparan bəzi həkimlərin, eləcə də virusoloqların mətbuatda belə bir fikirləri ilə qarşılaşırıq ki, istilər düşəndə, temperatur 30 dərəcəni keçdikdə koronavirus azalacaq, ya da məhv olacaq. Ancaq hazırda dünyanın elə ölkələri var ki, orada temperatur hətta 40 dərəcədən yuxarıdır, lakin koronavirus nəinki azalır, əksinə hər keçən gün artmaqdadır.

Məsələn, elə götürək Səudiyyə Ərəbistanını. Təkcə ötən gün 1905 nəfər bu ölkədə virusa yoluxub. Ümumilikdə ölkədə 44 mindən çox koronaviruslu xəstə var. Eləcə də BƏƏ-də, bəzi Afrika ölkələrində koronavirus geniş miqyasda yayılıb.

Maraqlıdır, 40 dərəcə tempraturda koronavirus məhv olmursa, ölkəmizdə 30 dərəcədə onun məhv olması nə dərəcə realdır?

Məsələ ilə bağlı Modern.az-a danışan həkim-infeksionist hepatoloq, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişizadə virusun məhv olması üçün 57 dərəcə istliyin gərəkdiyini deyir:

“COVID-19-un yüksək tempraturda məhv olma dərəcəsi 30 dərəcə deyil, 57 dərəcədir. Hələ ki, heç bir ölkədə 57 dərəcə istilik yoxdur. Amma biz gözləyirik ki, 30 dərəcə istilikdə və gündüz düşən ultrabənövşəyi şüaların təsiri ilə virusun aktivliyi azalacaq, yəni virusa yoluxma halı indiki kimi olmayacaq.

Amma birbaşa tempraturun virusu məhvetmə gücünə gəldikdə isə bunun üçün 56-57 dərəcə istilik gərəkdir. Günəşin tərkibində olan ultrabənöşəyi və infraqırmızı şüalar ölkədə 30 dərəcə istlik müşahidə ediləndə virusun aktivliyini azaldacaq, məhv etməyəcək”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93