KORONAVİRUS STATİSTİKASI: dünyada yoluxanların sayı 4 milyona yaxınlaşır

7 May, 2020, 18:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, dünya miqyasında yeni tipli koronavirus xəstəliyinə yoluxanların sayı 3 849 139 nəfəri keçib. Xəstəliyə yoluxanlardan 1 317 092 nəfəri artıq sağalıb,  265 929 nəfər isə Kovid-19-un qurbanına çevrilərək vəfat edib. Hazırda 2 266 118 nəfər aktiv Kovid-19 xəstəsi var.

Virusa yoluxma və ölüm statistikasına görə, ABŞ dünya lideridir. Birləşmiş Ştatlarda indiyə qədər 1 263 705 yoluxma, 74 817 ölüm halı qeydə alınıb, 213 109 nəfər sağalıb,       975 779 aktiv xəstə var.

ABŞ-dan sonra yoluxma sayına görə İspaniya (256 855 yoluxma, 26 070 ölüm halı), ölüm sayına görə isə Böyük Britaniya (201 101 yoluxma, 30 076 ölüm halı) ikinci yerdədir.

İtaliyada 214 457 yoluxma, 29 684 ölüm; Rusiyada 177 160 yoluxma, 1 625 ölüm; Fransada 174 191 yoluxma, 25 809 ölüm;  Almaniyada 168 276 yoluxma, 7 277 ölüm;  Türkiyədə 131 744 yoluxma, 3 584 ölüm halı, Braziliyada 126 611 yoluxma, 8 588 ölüm; İranda 103 135 yoluxma, 6 486 ölüm halı qeydə alınıb.

Hurriyyet.org 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93