Salam, xoş gəlmisiniz.

“Koronavirus Azərbaycanı mühasirəyə alır” - QUBAD İBADOĞLU

2020-02-27 12:32:00

“Koronavirus Azərbaycanı mühasirəyə alır” - QUBAD İBADOĞLU

“Ən qısa müddətdə İranla Azərbaycan arasında keçid məntəqəsi qapanmalıdır”

““Brent” markalı neftin 1 barelinin qiyməti 52.87 dollar oldu. Koronavirus Azərbaycanı mühasirəyə alır. Dairə daralır, blokadaya düşürük”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

Q. İbadoğlu qeyd edib ki, Azərbaycan İranla Rusiya və Gürcüstan arasında tranzit ölkədir: “Əgər bizim bölgədə virusun mənbəyi İran, yayılma kanalı Azərbaycan olacaqsa, onda qərbdən Gürcüstan, şimaldan isə Rusiya sərhəd qapılarını bizim üzümüzə bağlayacaq”.

“İrana bütün qonşu dövlətlər sərhəd qapılarıni bağladığı halda...”

Ən qısa müddətdə İranla Azərbaycan arasında keçid məntəqəsinin qapanmasını  vacib hesab edən Q. İbadoğlu deyib ki, yalnız geri dönən Azərbaycan vətəndaşları müayinədən keçəndən sonra ölkəyə buraxılmalıdır: “Yoxsa, İrana bütün qonşu dövlətlər sərhəd qapılarıni bağladığı halda, yalnız Azərbaycanın sərhəd qapısını açıq saxladığı üçün İrandan qaçmaq istəyənlər hamısı bu qapıdan Azərbaycana, oradan da üçüncü ölkəyə gedəcəklər və özləri ilə virusu da Azərbaycana və baqşa ölkələrə daşıyacaqlar. Belə olan halda, Gürcüstan və Rusiya Azərbaycanla sərhəd qapılarını bağlayanda arzuolunmaz blokadaya düşürük. Bunu görmək çətin deyil”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93