Salam, xoş gəlmisiniz.

KORONAVİRUS AZOT-DİOKSİDƏ QARŞI! - Havası açılan Britaniyada ildə 40 min nəfər hava çirklənməsindən ölürmüş

2020-03-25 17:55:00

KORONAVİRUS AZOT-DİOKSİDƏ QARŞI! - Havası açılan Britaniyada ildə 40 min nəfər hava çirklənməsindən ölürmüş

Britaniyada karantin səbəbindən havanın çirklənmə səviyyəsi azalıb

Hurriyyet.org xəbər verir ki, koronavirusla bağlı karantin nəticəsində Böyük Britaniyada havanın çirklənmə səviyyəsi aşağı düşüb. Bu barədə açıqlamanı Londondakı Kral kollecinin ekspertləri veriblər.

Araşdırmanın nəticələri atmosferdə azot-dioksidin miqdarının, həmçinin kiçik və sərt PM2,5 hissəciklərinin azalmasını göstərib.

York Universitetinin Atmosfer elmləri Milli Mərkəzinin professoru Alister Lyuis isə deyib: “Səfərlərin və fəaliyyətlərin məhdudlaşdırıldığı digər ölkələrdə olduğu kimi, Böyük Britaniyanın bir sıra şəhərlərində də havanın keyfiyyəti yaxşılaşmağa başlayıb”.  “İndependent” qəzeti professorun sözlərindən sitat gətirərək yazır: “Bu, ilk növbədə nəqliyyatın məhdudlaşmasının nəticəsidir. İşlənmiş qazların əsas tərkib hissələrindən olan azot-dioksidinin səviyyəsi mühüm dərəcədə azalıb”.

Bu həftə Böyük Britaniyanın baş naziri Boris Conson ölkədə üçhəftəlik karantin rejimi elan edib.

Britaniya ərazisində ümumilikdə 8 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Xəstələrdən 422 nəfəri vəfat edib.

 “Centre for Cities” müstəqil xeyriyyə təşkilatının ekspertlərinin hesablamalarına görə, havanın çirklənməsi üzündən Britaniyada ildə orta hesabla 40 min insan həyatını itirir.

Azot-dioksid kəskin qoxulu, sarımtıl-qəhvəyi rəngli qazdır. Görmə qabiliyyətini pisləşdirir, havanın rəngini tutqunlaşdırır. Çox zəhərlidir, bronxitə səbəb ola bilər. Bədənin soyuqdəyməyə qarşı müqavimətini mühüm dərəcədə azaldır, xroniki tənəffüs xəstəlikləri olan insanlara xüsusilə mənfi təsir göstərir.

NASA-nın peykdən çəkdiyi təsvirlərdə karantin rejiminin tətbiq edilməsindən sonra Çində və İtaliyanın şimalında havada azot-dioksidin  səviyyəsinin kəskin dərəcədə aşağı düşdüyü görünür.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93