Salam, xoş gəlmisiniz.

Koronavirus kişilərə, yoxsa qadınlara daha çox təsir edir? – ARAŞDIRMA

2020-03-12 17:40:00

Koronavirus kişilərə, yoxsa qadınlara daha çox təsir edir? – ARAŞDIRMA

118 ölkəyə yayılan koronavirus səbəbindən 4 mindən çox insan həyatını itirib. 

Ölümlər ən çox Çin, İtaliya və İranda baş verib.

Əlbətdə ki, bu ölkələrdə ölüm nisbətinin artmasının səbəbi vətəndaşların xəbərdarlıqları və sağlamlıq tədbirləri görməməsi, müvafiq xidmətlərdən yararlanmamsıdır.

Güclü immunitet sistemi olan insanların ölüm riskinin daha az olduğu bildirilir. 

Bəs koronavirusdan ən çox kim təsirlənir?

Covid-19 adlanan yeni virus bir nəfərdən iki nəfərə ötürülə bilər. Virus mövsümi qrip kimi infeksiyalardan daha yüksək ölüm nisbətinə malikdir. Koronavirusdan ölüm nisbəti 3.5 faizdir. 

Ancaq bu nisbət yaş, cinsiyyət və sağlamlıq durumu kimi amillərdən də asılı olaraq dəyişə bilər. Statistikaya görə zəif immunitet sistemi, xroniki bir infeksiya və ya ciddi bir xəstəliyi olan və 60 yaşdan yuxarı insanlar koronavirusdan daha çox təsirlənirlər. 

Koronavirusda yaşa görə ölüm nisbətləri nədir?

Statistikaya baxdıqda, koronavirusa qarşı ən yüksək ölüm yaşı 80 və yuxarı olanları göstərir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 25 beynəlxalq mütəxəssisi Çinə göndərib və koronavirusun yeni növü ilə bağlı geniş hesabat hazırlayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, virusun yaşa görə ölüm nisbəti aşağıdakı kimidir;
 

- 10 -19 yaş / 0,2 faiz

- 20 -39 yaş / 0,4 faiz

- 50 - 59 yaş/ 1,3 faiz

- 60 - 69 yaş/ 3,6 faiz

- 70 - 79 yaş / 8 faiz

- 80 yaş və yuxarı / 14.8

Koronavirus kişilərə, yoxsa qadınlara daha çox təsir edir?

Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabata görə, koronavirus gendən asılı olmayaraq hər kəsə təsir göstərir. Ancaq virus səbəbiylə kişilərin ölüm nisbəti qadınlara nisbətən daha yüksəkdir. Məlumatlara görə, qadınlar arasında ölüm nisbəti 2,8 faiz, kişilərdə demək olar ki, iki dəfə çoxdur (4,7 faiz).

Virusdan ölüm şansını artıran xəstəliklər hansılardır?

Məlum olduğu kimi, virus qrip kimi inkişaf edir və sonra ağciyər infeksiyası və ağır pnevmoniyaya səbəb olur və insanı öldürür. Əlbəttə ki, belə olduqda, koronavirusa yoluxan şəxsin başqa bir xəstəliyi varsa, ölüm ehtimalı artır. Virusla əlaqəli ölüm hallarının yalnız 1.4 faizində digər xəstəliklər olmayıb.

Xəstəliklərə görə ölüm nisbəti aşağıdakı kimi artır:

Ürək-damar xəstəliyi - 13,2 faiz

Yüksək qan şəkəri - 9,2 faiz

Yüksək qan təzyiqi - 8,4 faiz

Xroniki tənəffüs xəstəlikləri - 7,6 faiz

Xərçəng xəstəliyi – 7 faiz

Koronavirusun ən çox görülən simptomları hansılardır?

Bir çoxları artıq bu haqda məlumatlıdır. Lakin yenə də xatırlatmaqda fayda var. Virusun ən çox görülən əlaməti hərarətdir. Bu, yoluxanların 88 faizində ilkin əlamət kimi aşkar edilib. Daha bir simptom quru öskürəkdir. İndiyə qədər bu virusa yoluxanların 68 faizində quru öskürək şikayətləri var. Bunların ardından yorğunluq, fleqmatik öskürək, nəfəs darlığı, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, titrəmələrdir. Nadir simptomlar bulantı və qusma. Burun axmasının isə koronavirusla qəti şəkildə əlaqəsi yoxdur. Koronavirusun adi qriplə ən böyük fərqi budur. /musavat.com/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93