Koronavirus və dünyanın gələcəyi – Və yaxud bu virusun dünyada sürətlə yayılması Azərbayacana nə vəd edir?

1 Fevral, 2020, 13:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Artıq bir-neçə gündür ki, Çinin Vuhan şəhərindən yayılmaqda olan “nCOv”(“Koronavirus”) bütün dünyanın sağlıq təhlükəsizliyi üçün ciddi problemə çevrilib. Vuhandan başlayan bu virus Çində həyatı iflic edib.

“Koronavirus” nədir? Niyə belə adlanır?

“Koronavirus”un adı onun mikroskopik quruluşuna uyğun olaraq verilib. Mikroskopdan baxdıqda, virusun başında böyük taca və halqaya bənzər görüntü var. Adı latın dilindən “corona” və Yunan sözü “krovn” sözlərindən (çələng) götürülüb. Virus özü yarasa, müxtəlif quşlar, siçanlar və pişiklərdən keçə bilir. Virus həm heyvanlar, həmçinin insanlarda mövcud ola bilər. Çində yaranan bu virusun isə yarasadan keçdiyi güman edilir.

Alimlərin bir-çoxu virusun hələlik dünya üçün ölümcül təhlükəyə malik olmadığını, lakin arealını sürətlə genişləndirdiyini qeyd ediblər. Çində formalaşan virus artıq 106 nəfərin həyatına son qoyub, qeyri-rəsmi rəqəmlərə əsasən, 100 mindən çox insan bu virusa yoluxub. Virus insanlarda əvvəlcə müxtəlif başgicələndirmə, adı halsızlıq, daha sonra pnevmaniya formalaşdira bilər. Həmçinin virus ağciyərləri zədələyir, ağciyər çatışmazlığına, nəfəs problemlərinə səbəb olur, beləliklə insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, bu zaman mədə və bağırsaqda da ciddi problem yarada bilir. Virusa yoluxanların güclü qarın ağrısı və həzm problemləri yaranır. Çinli alimlərin qeydlərinə əsasən, virus insandan insana çox rahatlıqla keçə bilir. Bu virus heyvanda olan hüceyrələrin mutasiyası şəklində yayılır və artır. Ona görə vaksin tapmaq çətindir.

“Koronavirus” ilk dəfə 1960-ci ildə kəşf edilmişdir. Kəşf edilən virus toyuqlarda yoluxucu bronxitdən əmələ gəlmişdir. 60-cı illərdə insan virusu olan “229e” və burun boşluğundan yoluxan “OC43”adında iki virus olmuşdur. 2003-cu ildə bu sinifdən “SARS-COV” , 2004-cü ildə “HcOV” , “NL63” ,2005-ci ildə “HKU1” , 2018-ci ildə “Mers-cOv” və bu ildən “nCOv” virusu bu sinfin növlərinə aiddir. 2003-cu ildə, “SARS” virusu dünyanın 35 ölkəsinə yayılmış və 623 nəfərin həyatına son qoymuşdur. 2012-ci ildə Səudiyyədə başlayan “Yaxın Şərq epidemiyası” adlanan virus 423 nəfərin həyatına son qoydu. Yeni virus isə ona görə digərlərindən daha təhlükəlidir ki, o çox sürətlə insanda pnevmaniya yaradır və insan orqanizminə daxil olur. Bu baxımdan, yeni virus daha çox təhlükəli hesab edilir.

Çindən başlayan virus ölkənin həyatını alt-üst edib. İlk öncə virusun yayıldığı əsas şəhər olan Vuhanda Pekin tam təcrid siyasətini aparıb. Şəhərə giriş-çıxıs qapadılıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib. Pekin bütün turizm obyektlərinə giriş-çıxışı bağlayıb, həmçinin bütün obyektlər qapadılıb, 100 milyondan çox əhalisi olan Tankın şəhərində ümumiyyətlə Çin hökuməti fövqaladə vəziyyət elan edib, şəhər kənarına xüsusi istehkam və fasadlar inşa edilib. Çinin əsas mərkəzi sayılan Şanxayda ümumiyyətlə həyat dayanıb. Bütün avtobuslar boşalıb, marketlərdə güclü ərzaq qıtlığı yaranıb, həmçinin ölkədə səhiyyə maskaları bitib, avtobuslar və bütün nəqliyyat vasitələri boşalıb. Bundan əlavə ölkədə əsas hava limanı sayılan Şanxayda bütün reyslər ləğv edilib.

Çində formalaşan virusda 106 nəfər ölüb, yaralıların sayı artıq 5000 nəfərdən çox insan ağır haldadır. Virusun ciddi olmasını ÇXR-nın sədri Xi Jinping də təsdiqləyib. Çin lideri iki bəyanatında virusun qarşısının alınmasında ciddi problem yaşadıqlarını etiraf edib. Çin dövləti Hubey əyalətində Vuhan başda olmaqla 21 şəhərdə karantin bölgəsi elan edib. Bu bölgələrin əhalisinin sayı 100 milyonu aşır.

Картинки по запросу Koronavirus

nCOv Çinin hüdudlarından kənarda

Çinin Vuhan şəhərindən başlayan (2019 nCOv) virusu Almaniya(1), Fransa(3), Avstraliya(5), Yeni Zelandiya(1), ABŞ(5), Sinqapur(5) Vyetnam(2), Tayland(8), Tayvan(5), Malayziya(4), Kamboca(1), Kanada(1), Şri-Lanka(1) (5), Yaponiya(4), Nepal(1) və C.Koreyada(4) artıq yayılıb. Fransada olan xəstələr Bordo və Marsel şəhərlərində aşkarlanıblar. Bundan əlavə, Almaniyada bir çinli qadının bir alman qadına virus keçirtdiyi güman edilir. Virus həmçinin ABŞ-da müşahidə edilib. O cümlədən Rusiyada da virusa yoluxma halı aşkarlanıb.

Amerikalı rəsmilər virusun Amerikada kəskin yayılacağını düşünmədiklərini açıqlayıblar. Amerikalı alim və epidemiyalar və digər xəstəliklərlə mübarizə idarəsinin işçisi Nansi Messonye qeyd edib ki, virusun ölkəyə kəskin yayılması ehtimalları aşağıdır.

Amerikalı həkim və alim, doktor Pan Offit isa qeyd edir ki, virusun yayılma arealı olduqda çoxdur, buna görə də ciddi şəkildə araşdırmaya ehtiyac var. Kiçik ehtimallar belə dəyərləndirilməlidir.

Amerikalı həkimlərin bəziləri qeyd edirlər ki, amerikalı ekspertlər Çinin Vuhan şəhərinə getməli və virusun necə yayılmasına canlı baxmalıdırlar. Lakin hələlik Pekin buna icazə vermir. Doktor Entoni Fauçi, simptomların çox ciddi olduğunu buna görə də, bunun təcili şəkildə təhlil edilməsi, insanlara üzgün çatdırılmasının zəruri olduğunu qeyd edib.

Dünyada virusla bağlı görülən tədbirlər

“Koronavirus”dan sonra ABŞ Vuhanda yerləşən konsulluğunu bağladı. Bundan əlavə, Fransa və ABŞ öz diplomatik korpusunu və vətəndaşlarını bölgədən çıxartmaq üçün rəsmi Pekinlə danışıqlara başlayıb. Virusun qarşısını almaq üçün Avropa dövlətləri və bir sıra region dövlətləri Çindən idxal edilən bir-çox ət məhsullarına qadağa qoyub. Qazaxıstan Çinlə olan “Khoqos”sərhəd-buraxılış məntəqəsini bağladı. Monqolustan da eyniliklə Pekinlə sərhədi bağlayıb. Cənubi Koreya və Yaponiya Çindən gələn bütün vətəndaşların yoxlanacağını qeyd edib.

Koronavirus və Qərb-Çin qlobal mübarizəsi

Çoxları virusun bioloji silah vasitəsilə yayıldığını iddia edir. Hətta burada məhz Qərbin əlinin olduğu qeyd edilir. Təbii ki, gedən bu rəqabətdə tərəflər hər vasitədən istifadə etməyə çalışırlar. Virusun yayılma səbəbləri arasinda çinlilərin qidalanma tərzi də rol oynayır. Burada sırf Qərbin bioloji hücumunun olması ehtimalları aşağıdır. Birincisi ona görə ki, virus hazırda Avropa və ABŞ-ın özü üçün də real təhlükədir.

Virusun Çin iqtisadiyyatına zərər vuracağı aydındır. Virusun yayılmasına görə dövlət daha çox sosial yardımlar ayırmağa məcbur qalacaq, ölkənin ixracı bir müddət azalacaq, ölkəyə investisiya axını kəsiləcək, daxildə güclü ərzaq və digər sahələrdə qıtlıq yarana bilər. Bu aylar Çində turizm ilidir, ölkəyə təxminən 50 milyondan çox turist gəlir, onlar gələ bilməyəcək, birjalar, səhmlər çökəcək.

Lakin Qərbin özü də az təsir görməyəcək. Birincisi bununla Qərbə, xüsusilə Avropaya təxminən 70 milyondan çox Çinli turistin gəlişi dayanacaq. Amerikanın Çində fəaliyyət göstərən aparıcı şirkətlərinin istehsalı zəifləyəcək, istehlak zəifləyəcək buna görə də Amerika şirkətləri də itirəcək. Müsəlman dövlətlərinin neftin qiymətinə görə gəlirləri azalacaq. Bu isə həm də Qərb dövlətləri üçün müəyyən mənada mənfi tendensiyalara səbəb ola bilər.

Rusiyada rublun enməsi arta bilər. Artıq rublun qiymətində enmələr başlayıb. Birjalarda enmələr artır. Lakin, bütün bunlara baxmayaraq, hansısa müdaxiləni və vəziyyətdən istifadəni istisna etmək olmaz.

Картинки по запросу Koronavirus

Koronavirus və Azərbaycan

“Koronavirus” ilk öncə ölkəmizin tibbi təhlükəsizliyi üçün təhdidlər formalaşdırır. Lakin əsas təhdid heç şübhəsiz ki, neftin qiymətinin enməsindədir. Çin ən böyük neft istehlakçısıdır. Çində baş verən olaylar qlobal tələbi azaldır, Amerikada hasilatın kəskin artması, şist neftinin rekord hasilat dövri təklifi artırır ki, belə olan halda neft psixoloji bariyerdən (60$) aşağıya enir. Artıq dünya bazarında neftin qiyməti 60$-dan aşağı enərək 58$-a enib. Hətta Azərbaycan bu il büdcədə neftin qiymətinin 60 $-dan aşağı endirərək 55 $-a endirib. Əgər neftin qiyməti kəskin ensə, bu zaman manata basqılar artacaq və ölkədə növbəti devalvasiya həyacanı yarana bilər. Neftin qiymətinin kəskin enməsi ölkəyə əlavə gəlirləri azaldacaq və bu ölkədə yeni sosial böhrana yol aça bilər.

Ölkəmizdə son illərdə çinli turistlərin sayı artır. Bu olaydan sonra onların ölkəyə gəlişi sıfra enəcək, bu turizm sektoruna təsir göstərəcək. “Koronavirus”un həmçinin dünyada yeni iqtisadi böhrana yol açacağını qeyd edənlər də var. Hələlik bu virus dünya iqtisadiyyatında çalxalanmanı artırır. Dünya daha bir ciddi problemlə üz-üzədir. Güman ki, Çin hökuməti radikal addımlarla virusun qarşısını almağa çalışacaq.

Kamran Sultanlı,siyasi araşdırmaçı


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93