Salam, xoş gəlmisiniz.

Koronavirusa yoluxan idmançıların "11-liy"i və baş məşqçisi - SİYAHI

2020-03-13 14:17:00

Koronavirusa yoluxan idmançıların

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, onların 6-sı futbolçu, 4-ü basketbolçu, 1-i isə velosipedçidir. 

Koronavirus testi müsbət nəticə verən oyunçular İtaliya "Yuventus"undan Daniele Ruqani və Paulo Dibala, "Sampdoriya"dan Manolo Qabbyadini, İngiltərənin "Çelsi" klubundan Kallum Hadson-Odoi və Almaniyanın II Bundesliqa təmsilçisi "Hannover"dən Yannes Horn və Timo Hübersdir. Həmçinin, İngiltərə "Arsenal"ının baş məşqçisi Mikel Artetanın da virusa yoluxduğu məlum olub.

Koronavirus aşkarlanan basketbolçular ABŞ-ın "Denver Naggets" klubundan Rudi Qober, "Yuta Caz"dan Emanuel Mudiay və Donovan Mitçell, İspaniya "Real Madrid"indən isə Trey Tomkinsdir.

Velosipedçi Fernando Qaviriyada da virusun simptomlarına rast gəlinib.

Qeyd edək ki, İngiltərənin "Lester" və "Everton" klublarından adı açıqlanmayan ümumilikdə 4 futbolçunun da koronavirus testi müsbət nəticə verib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93