Salam, xoş gəlmisiniz.

Koronavirusla Mübarizəyə Dəstək Fondu "ASAN ödəniş" sisteminə inteqrasiya olundu

2020-03-24 18:27:00

Koronavirusla Mübarizəyə Dəstək Fondu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Koronavirusla Mübarizəyə Dəstək Fondu üzrə ödənişlər inteqrasiya olunub.

Agentlikdən verilən məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər.

Fonda ödəniş etmək istəyən şəxs www.asanpay.az portalında və ya “ASAN ödəniş” mobil tətbiqində “digər xidmət ödənişləri” bölməsinə daxil olaraq “Koronavirusla Mübarizəyə Dəstək” düyməsinin üzərinə klik edir. Bundan sonra FİN və ya VÖEN üzrə axtarış edərək ödənişi həyata keçirir.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqani 7 publik hüquqi şəxs, dövlətə məxsus 10 hüquqi şəxs və 2 təhsil müəssisəsiolmaqla 241 dövlət qurumunun cərimə, vergi rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 600-dən artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilir.

Koronavirusla Mübarizəyə Dəstək Fondu19 mart 2020-ci il tarixində Prezident İlham Əliyevin Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanı ilə yaradılıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93