Salam, xoş gəlmisiniz.

Şəmkir Regional Mədəniyyət İdarəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna İANƏ ETDİ

2020-03-26 00:25:00

Şəmkir Regional Mədəniyyət İdarəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna İANƏ ETDİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsi  koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

Hurriyyet.org xəbər verir ki, Şəmkir Regional Mədəniyyət İdarəsi Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat ianə ayrılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, bu jesti ilə Şəmkir Regional Mədəniyyət İdarəsi Regional Mədəniyyət idarələri arasında ilkə imza atıb.

Şəmkir Regional Mədəniyyət İdarəsi Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, Azərbaycan ictimaiyyəti ilə həmrəy olduğunu bildirir.

 

Mətanət İmanquliyeva

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93