“Koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil” – Hande Harmancı

22 May, 2020, 10:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“İkinci dalğa sualı çox verilir və hər dəfə də deyirəm ki, koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil”.

Hurriyyet.org xəbər verir ki, bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

O deyib ki, tək və böyük dalğa daha təhlükəlidir: “Hazırda tək böyük dalğadan qorunmuş sayılırıq. Yumşalmadan sonra virusa yoluxanların sayının artması ilə dalğa olub-olmadığını ancaq geriyə baxaraq görmək olar. İndiyə qədər artım var, ona görə əhalinin fərdi olaraq görməli olduqları işlər davam etməlidir. Biz hazırda düzgün müalicə və peyvəndi gözləyərək qaydalara əmək etməliyik. Maskalar, əl gigiyenası, fiziki məsafə ən azı il sonuna qədər davam etməlidir”./apa/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93