Salam, xoş gəlmisiniz.

Koronavirusun dəhşətli tempi: BİR GÜNDƏ 242 NƏFƏR ÖLDÜ

2020-02-13 11:59:00

Koronavirusun dəhşətli tempi:  BİR GÜNDƏ 242 NƏFƏR ÖLDÜ

Hurriyyet.org xəbər verir ki, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 14 min nəfər artıb.

Çində yeni tip koronavirus epidemiyasının mərkəzi bazası olan Hubey əyalətində son 24 saat ərzində 14 840 yoluxma halı qeydə alınıb, 242 nəfər virusdan ölüb (Bundan əvvəlki antirekord fevralın 10-da (103 nəfər) qeydə alınmışdı).

Bununla da virusdan ölənlərin sayı 1 367 nəfərə çatıb.

Əyalətdə virusa yoluxanların ümumi sayı 48 206 nəfərdir. Yoluxma halları sayının sürətlə artmasının səbəbinin Kovid-19 virusunun aşkara çıxarılması üsullarının dəyişməsi olduğu bildirilir. Məlumata görə, daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb.

Çinin Milli Səhiyyə Komitəsi ümumilikdə ölkə ərazisində ümumi epidemoloji vəziyyətlə bağlı açıqlama verməyib. Çində epidemiya vəziyyətini internet vasitəsilə təqib edən təşkilatların məlumatına görə, ölkə ərazisində virusdan ölüm halları 1 368 nəfərə, ümumilikdə yoluxma halı isə 59 883 nəfərə çatıb.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93