Salam, xoş gəlmisiniz.

Koronavirusun müalicəsi tapıldı - XƏSTƏLƏRDƏN BİRİ SAĞALDI

2020-01-24 18:41:00

 Koronavirusun müalicəsi tapıldı - XƏSTƏLƏRDƏN BİRİ SAĞALDI

Çinin Şanxay şəhərində koronovirus (2019-nCoV) diaqnozu qoyulmuş xəstə müalicə edilib.

“Vedomosti” xəbər verir ki, bu barədə məlumatı “Sina” informasiya agentliyi yayıb.

Söhbət koronavirus pnevmoniyası diaqnozu qoyulmuş 56 yaşlı qadından gedir. O, bir müddət virusun yayılmağa başladığı Uhan şəhərində yaşayıb. Yanvarın 10-da özünü pis hiss edən qadın 5 gün sonra xəstəxanaya yerləşdirilib. Onun halı tədricən yaxşılaşmağa başlayıb. 56 yaşlı xəstənin hərarətinin 6 gün boyunca norma səviyyəsini keçmədiyini görən həkimlər onu yenidən yoxlanışdan keçirib. Həkimlər virusun aradan qaldırıldığı qənaətinə gəliblər. Qadın artıq xəstəxanadan buraxılıb.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Virusun yayılması ilə əlaqədar ÜST təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib./report/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93