Kosmosda və suda TARİX YAZAN QADIN

4
Kosmosda gəzən ilk amerikalı qadın ünvanının sahibi olan keçmiş NASA astronavtı Ketrin Sallivan bu dəfə də dünyanın ən dərin nöqtəsi Mariana çökəkliyinə enərək adını buraya enmiş ilk qadın olaraq tarixə yazdırıb.
68 yaşlı geoloq “Limiting Factor” adlı sualtı qayıqla dalış həyata keçirib. Və beləliklə indiyə qədər Mariana çökəkliyinə enən 8-ci insan olub.
Qeyd edək ki, 2012-ci ildə məşhur rejissor Ceyms Kameron da dünyanın ən dərin yerinə enmişdi. \\Qaynarinfo