Kovid-19-a rəğmən keçirilən referendum – Putin 2036-cı ilə qədər iqtidarda qala bilər

27 İyun, 2020, 13:09
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, Rusiyada prezident V.Putinin 2036-cı ilə qədər iqtidarda qalmasını təmin edəcək konstitusiya dəyişikliyi referendumu dünən başlayıb. Seçicilər 1 iyul tarixində qədər  səsvermədə iştirak edə biləcəklər.

Dünya koronavirusla mübarizəsini davam etdirdiyi bir zamanda pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri də Rusiyadır. 600 mindən artıq yoluxma statistikası ilə dünyada üçüncü yerdə olan ölkədə prezident Vladimir Putinin qarşısını virus da ala bilmir.

Epidemiyanın sürətlə yayılmasına rəğmən, II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə “Zəfər günü” paradı keçirən Putin dünən özü üçün çox mühüm olan konstitusiya dəyişikliyi referendumuna start verib.

20 il ərzində baş nazir və prezident qismində Rusiyanı idarə edən Putin referendum sayəsində 2036-cı ilə qədər iqtidarda qala bilər.

Putinin indiki vəzifə müddəti 2024-cü ildə başa çatır. Lakin referendum Putinin istədiyi kimi nəticələnsə və dəyişikliklər qəbul edilsə, o, iki dəfə altıillik dövr müddətinə yenidən namizəd ola bilər.

Bu da hazırda 68-ci yaşında olan Putinin sağlamlığının imkan verəcəyi təqdirdə, refendumdan sonra 16 il də iqtidarda qalması demək olacaqdır.

Referendumun aprel ayında keçirilməsi planlaşdırılsa da, koronavirus epidemiyası səbəbindən təxirə salınmışdı. Yoluxmaya qarşı tədbirlər çərçivəsində seçki qutuları açıq havada qurulub. Seçicilər mobil seçki qutularında da səs verirlər. Bəzi yerlərdə isə səsvermə elektron şəkildə aparılır.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93