Kremldən Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı çağırış: “Hər iki tərəfi öhdəliyə riayət etməyə çağırırıq”

23

Kreml Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərindən narahatdır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq”, – deyə o qeyd edib.

D. Peskov bildirib ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır: “Bildiyiniz kimi, Rusiya XİN başçısı Sergey Lavrovun Bakı və İrəvandan olan həmkarları ilə intensiv telefon danışığı olub. Hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq”./apa/