Kremldən Hindistan-Çin “müharibə”sinə – Reaksiya

0

Kreml Hindistan və Çin sərhədindəki vəziyyətdən narahatdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya hər iki ölkənin müdriklik göstərəcəyinə və problemin öhdəsindən gələcəyinə ümid edir:

“Çin-Hindistan sərhədində baş verən hadisələr, şübhəsiz ki, narahatlığa səbəb olur, çünki həm Hindistan, həm də Çin çox yaxın müttəfiqimizdir. Təbii ki, bu hadisədən narahatıq. Ümid edirik və əminik ki, həm Dehli, həm də Pekin diplomatik və siyasi müdriklik göstərərək, müstəqil şəkildə, heç bir dövlətin müdaxiləsi olmadan bu problemi həll edəcək və gələcəkdə bu cür halların təkrarlanmaması üçün formul tapacaq”.

Peskov onu da qeyd edib ki, Rusiya münaqişələrin həlli zamanı müttəfiqlərə kömək etməyə hər zaman hazırdır.

Qeyd edək ki, iyunun 15-i Ladax bölgəsindəki Qalvan vadisində Hindistan və Çin əsgərləri arasında silahlı münaqişə baş vermişdi. \\Axar