Kremldən sərhəddə baş verən toqquşmalara REAKSİYA

2

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov iyunun 15-də Azərbaycan-Rusiya sərhədində baş verənlərə reaksiya verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, iki tərəf arasında məsələ ilə bağlı danışıqların davam etdirildiyini söyləyib.

“Dövlət başçıları bu məsələni müzakirə etməyib. Amma məsələ ilə bağlı müxtəlif səviyyələrdə kontaktlar var”.

O, Dağıstanda azərbaycanlılar üçün düşərgənin yaradıldığını xatırladıb. O, məsələnin tezliklə həll olunacağına ümid ifadə edib.