Kubalı həkimlər Azərbaycana yola düşdü

3

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri ilə əlaqədar bir qrup həkim Kubadan Azərbaycana yola düşüb.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, ölkəmizə gələn heyətə 115 tibb mütəxəssisi daxildir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirmişdi ki, Kubanın dünyada bilinən mükəmməl səhiyyə sistemi var və ebola pandemiyası zamanı bu ölkənin mütəxəssisləri öz sözlərini deyiblər.