Salam, xoş gəlmisiniz.

Küçədə halı pisləşən adama virus qorxusu ilə heç kim yaxınlaşmadı - Video

2020-03-24 20:10:00

Küçədə halı pisləşən adama virus qorxusu ilə heç kim yaxınlaşmadı - Video

Koronavirus insanlarda yeni vərdişlər yaradır. İndi küçədə yerə yıxılana kömək etməyə də çəkinirlər. Türkiyənin Bingöl şəhərində belə hadisə baş verib. Mərkəzi küçələrin birində halı pisləşdiyindən yerə yıxılan adama heç kim köməyə cürət etməyib. Sosial şəbəkələrdə paylaşılan videoya baxanda hadisə haqqında ətraflı təəssürat yaranır. İnsanlar yerə yıxılan şəxsin minimum 2-3 metrliyində dayanıb. Hətta, təcili tibbi yardım çağırmağa da tələsmirlər. Türkiyə koronavirusun yayılma coğrafiyasına görə xüsusi seçilən ölkələrdəndir. Son 5 gündə virusa yoluxanların sayı 17 dəfə artıb. Ümumilikdə 1529 nəfərdə pandemiya aşkarlanıb. Türkiyədə koronavirusdan 37 nəfər ölüb. \\Bizimyol.info 

 

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93