Kürdəmirdə mikroavtobus su kanalına düşdü – Xəsarət alanlar var

30 İyun, 2020, 10:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadla xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Ərəbxana kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 26 yaşlı Masallı rayon sakini İbrahimzadə Elnur Əlhüseyn oğlu “Mercedes Vito” markalı mikroavtobusla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarə etməni itirib və mikroavtobus yoldan çıxaraq su kanalına aşıb.

Hadisə zamanı sürücü və onun sərnişinləri Bakı sakini, 23 yaşlı Abbaszadə Nəzrin Elşən qızı və Kürdəmir sakini, 22 yaşlı İbrahimov Mehman Şaban oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardımın köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93