Salam, xoş gəlmisiniz.

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

2020-02-12 14:44:00

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Hurriyyet.org xəbər verir ki, dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.

Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93