Salam, xoş gəlmisiniz.

Kürdüstan “ikinci İsrail” ola biləcəkmi? – Türkiyə-İran ortaqlılğı Levinin xəyallarına son qoya bilər

2017-10-05 10:40:26

Kürdüstan “ikinci İsrail” ola biləcəkmi? – Türkiyə-İran ortaqlılğı Levinin xəyallarına son qoya bilər
Əgər doğrudursa, Fransanın vasitəçiliyilə keçiriləcək İbadi-Bərzani zirvəsinin memarının da eyni isim olduğu söylənilir.
 
Bu adam nə demək istəyir?
 
Görən gözlər görünənin nə olduğunu onsuz da görə bilir. Ancaq Levinin sözləri üzərində durmaq əhəmiyyət kəsb edir. “Bu günkü Kürdüstan İsrailin 1948-ci ildə yaşadıqlarını yaşayır” demək nə üçün islana-islana əriyən paxlavanın ağızdan çıxarılması anlamına gəlir? Şimali Suriyadakı PKK qurumlarının formalaşması və Şimali İraqdakı referendum prosesinin ana oxunda belə bir hədəf vardır. Sözbəsöz məhz belə deyildiyini bilmək mümkün olmasa da, faktiki durum bizə bunu deyir: bir neçə il bundan öncə, PKK-ya “Türkiyə ilə danışıq masasını devirin, biz daha artığını verəcəyik” deyənlər, görünür, bənzər bir vədi Bərzani hökumətinə də veriblər.
“Arxanızı Türkiyəyə söykəməkdən vaz keçin, biz daha artığını verək…” Bilmirəm, bunu deyənlərin kimlər olduğunu söyləməyimə ehtiyac qaldımı? Daha artığı nə ola bilər?
Aşağı-yuxarı o da bəllidir. Suriya PKK-sına tonla silah verildisə, İraq Bərzanisinə də raketlər, bəlkə də hərbi təyyarələr verəcəklər. Əgər hədəf yeni bir İsrail olacaqsa, daha artığını da düşünə bilərik.
 
Ankaranın çətin imtahanı
 
Bu imperialist layihənin təməl hədəfi “Kürd kartı”nın sadəcə Türkiyənin deyil, torpaqlarında kürdlərin yaşadığı digər üç ölkənin də, yəni, əslində bütün regionun əlindən alınmasıdır. Bir çox təməl məsələdə maraqları yüzdə-yüz toqquşan Ankara və Tehranın son zamanlarda ortaqlıq axtarışının səbəbi də məhz budur.
Həll prosesində “Kürd kartı”nın Türkiyə lehinə çevrilməsindən inanılmaz dərəcədə narahat olan, masanın devrilməsinə ciddi töhfələr verən İranın gəlinən bu nöqtədə “evdəki bulquru itirmə” təlaşı gözlərdən qaça bilməz. Keçənlərdə danışdığımız, Ankaranın qəraralma mexanizmlərində rolu olan bir təhlükəsizlik səlahiyyətlisi “Bizdən öncə İranı hədəf alacaqlar” demişdi. Hər halda burada İran torpaqlarının bir bölümü nəzərdə tutulurdu.
Bilirsiniz ki, yeni balansda Ankaranın tərəfmüqabilləri arasında Bağdad da vardır. Türkiyə Silahlı Qüvvələri və İraq mərkəzi hökumətinə bağlı hərbçilərin Silopidə ortaq təlim keçirəcəyini aylar öncə biri söyləsəydi, Bakırköy Ruh və Əsəb Xəstəliklləri Xəstəxanasına göndərilərdi. Amma gördüyünüz kimi, oldu. Fəqət, burada da belə bir problem vardır.
 
Bağdad hara qədər Ankara ilə bigə hərəkət edə bilər?
 
Bağdadı, guya, idarə edənlər, bu ölkəni pərişan hala salıb, indi də yuxarıda anlatdığımız layihəni dirəyənlər qarşısında qalanlar, Ankara ilə hara qədər və necə birlikdə hərəkət edə bilərlər? İbadi ilə birgə yeriməyə başladığınız zaman, addımlarınızın irəliyəmi, geriyəmi getdiyini anlamama ehtimalı vardır.
İraqla bağlı olan bu inamsızlıq halının dünən Anadolu Agentliyinin redaktor masasına qatılan Xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə ölçülü bir şəkildə necə təsir etdiyini gördük. Nazir dedi: “İstər İran sərhəddində, istərsə də bizim sərhəddimizdə olan keçiş qapılarına qarşı tərəfdə İKRA nəzarət edir. Bu qapılar Bağdadın idarəçiliyində olmalıdı. Fəqət, Bağdad hakimiyyəti də öz daxili işləri ilə məşğuldur. Maliki dönəmində yaşananlar, İŞİD-in ortaya çıxması kimi. Sərhəd qapılarını Bağdadın almasını dəstəkləyirik. Çünki anlaşmalarımız İKRA ilə deyil, Bağdad hakimiyyətilədir. Məsələn, Ovacıq qapısının açılması mümkündür, fəqət, qapının arxasındakı dəhlizin Bağdad hakimiyyəti tərəfindən açılması lazımdır”.
Bu durumda geriyə, bu layihənin önünü kəsə biləcək imkana sahib olan iki region ölkəsinin nə edə biləcəyinə baxmaq lazımdır. İran və Türkiyənin birlikdə hərəkət etməsi Bernard Levinin xəyallarının gerçəkləşməsinə mane ola bilərmi? Bəli, ola bilər. Təhdid qiymətləndirməsi ortaq olduğuna görə, demək, belə bir imkan da vardır…

Tərcümə Strateq.az-ındır
Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93