Salam, xoş gəlmisiniz.

“Kurtlar vadisi-Vətən” bu payız ekranlarda!

2017-04-25 17:06:31

“Kurtlar vadisi-Vətən” bu payız ekranlarda!

Aktyor filmdəki tankların 15 iyul çevrilişə cəhddə istifadə olunubmu sualına belə cavab verib: “Çəkilişdə yük maşınından düzəldilən, amma gerçək tanka oxşayan texnikadan istifadə eləmişik. Gerçək tanklar da var, amma bu bölümdəki partladılacağı üçün belə birini seçmişik.  Biz döyüş filmləri çəkirik. Əgər bu texnikalar çəkiişdən “salamat çıxsa“ onlardan yenə istifadə edəcəyik. Biz dövlətin heç nəyə yaramayan metal parçalarını partlatmağa qıymadığımız halda, ən ağır texnikanı üstümüzə sürməkdən çəkinməyən bir qaraguruh vardı qarşımızda. Bütün millətimizə, dövlətimizə keçmiş olsun. İnşaallah, təkrarını yaşamarıq. Təbii ki, biz tanklardan xalqa qarşı deyil, xalqın yanında istifadə edirik. Həm dizilərimizdə, həm filmlərinizdə, həm də gerçəkdə. Nahaq yerə deyil ki, çəkdiyimiz “Kurtlar vadisi“nin tamamında “ən başda xalq var“ ifadəsindən istifadə olunur“.  

Filmin bir hissəsi 23 aprel uşaq bayramıyla bağlı olduğundan çəkilişlərdə azyaşlılar da iştirak edib. Tanınmış aktyor kamera önünə keçən  balaca həmkarlarına dəstək olmağa çalışıb. Daha sonra onu izləməyə gələn kənd camaatıyla söhbətləşib, əlil arabasındakı əngəlli gənclə yaxından maraqlanıb.  Onlara “ümid edirəm bu filmdə məni bəyənəcəksiz“ deyib. 

Filmi sentyabr sonu, oktyabrın əvvəli nümayiş olunacağını deyən  Necati Şaşmaz, çəkiliş prosesinin 4 - 8 həftəyə yekunlaşacağını da qeyd edib.

Filmdə Polad Alemdarın sağ əli olan Cahit Kayaoğlu  da yeni ekran işi haqda təəssüratlarını paylaşıb: “Vətən deyildiyi zaman geridə qalan hər şey təfərrüat olur. Bu filmin hər anında, hər saniyəsində vətən,  xalq sevgisini görəcəksiz“. 

Hurriyyet.org  

““ 

““ 

““ 

““ 

““ 

““ 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93