Salam, xoş gəlmisiniz.

“Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər” - ELXAN ŞAHİNOĞLU

2020-01-18 11:08:00

“Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər” - ELXAN ŞAHİNOĞLU

“Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən bu yana ilk qalmaqallı cinayət hadisəsi baş verdi. Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Geori Kutoyan İrəvandakı evində öldürülmüş halda tapılıb. Onu başından güllə ilə vurublar”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Şahinoğlu nəzərə çatdırıb ki, 1981-ci il doğumlu Kutoyan 2011-ci ildə Ermənistan prezidentinin köməkçisi vəzifəsinə təyin olunub: “O, 2016-2018-ci illərdə isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışıb. Başqa sözlə Kutoyan keçmiş prezident Serj Sərkiysanın ən yaxın adamlarından biri olub. Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə Kutoyan da vəzifəsini itirib”.

“Bu qətldən sonra Paşinyan kriminogen vəziyyətin stabilləşməsi ilə öyünə bilməyəcək”

Ermənistanda növbəti çalxalanmaya hazırlıq getdiyini qeyd edən E. Şahinoğlu vurğulayıb ki, Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər: “Çünki Serj Sərkisyanın yaxın silahdaşının qətlinə görə, Paşinyan hökuməti tənqid olunacaq. Bu qətldən sonra Paşinyan kriminogen vəziyyətin stabilləşməsi ilə öyünə bilməyəcək. Qətlin siyasi motivləri var. Kutoyanı özününkülər qətlə yetiriblərsə belə, diqqətlər Nikol Paşinyana yönələcək. Yəni hardan baxsan bu qətl Paşinyanın əleyhinə işləyəcək. Vaxtilə İtaliyada sağ ekstremistlər özlərinə yaxın sağ partiyanın tanınmış nümayəndəsini öldürürdülər ki, şübhələr rəqibləri olan sol ekstremistlərin üzərinə yönəlsin. Ermənistanda da eyni ssenari işləyə bilər”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93