LafargeHolcim koronavirus pandemiyasına qarşı fəaliyyət planını həyata keçirir

8 Aprel, 2020, 15:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

COVID-19 pandemiyası başlayan dövrdən bəri, LafargeHolcim işçilərinin, müştərilərin, təchizatçıların və digər maraqlı tərəflərin sağlamlığının qorunması üçün lazımi tədbirlər görulmüşdür. Şirkət bütün ölkələrdəki mövcud vəziyyəti yaxından izləyir. Hurriyyet.org xəbər verir ki, bu barədə LafargeHolcim şirkəti məlumat verib.

Bildirilir ki, inşaat sektoru digər sektorlara nisbətən daha dayanıqlı olsa da, hazırda LafargeHolcim-in müxtəlif ölkələrdəki fəaliyyətində fasilələr yaranıb. Çində, tikinti sektoru öz işini bərpa etdi və Hubei vilayətindən kənarda bütün zavodlar fəaliyyətini davam etdirir. Bazar tələbinin daha da yaxşılaşacağı və keçən ilin həcminin 70% -nin 2020-ci ilin aprel ayında təmin ediləcəyi proqnozlaşdırılır. Digər əsas bazarların əksəriyyətində tikinti sektoru iflasa uğrayır, aprel və may aylarında həcmin əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır. 1-ci rübdə şərait ümumilikdə müsbət olsa da, 2-ci rübdə LafargeHolcim ciddi mənfi təsirlərin olacağını gözləyir. 

O da qeyd olunur ki, hazırda koronavirus pandemiyasının inkişafı və onun biznes üçün nəticələri dəyişkəndir və ölkədən ölkəyə çox fərqlidir. Maliyyə təsirini azaltmaq üçün bütün ölkələrdə dərhal "SAĞLAMLIQ, DƏYƏR VƏ NƏĞD PUL" üzrə fəaliyyət planı başladılmışdır.

Hədəflər bunlardır:

– 2019-cu ililə müqayisədə kapital layihələrinə yatırılan sərmayələr (CAPEX)-in ən azı 400 milyon İsveçrə frankı dəyərində azaldılması

– 2020-ci ildə sabit xərclərin  300 milyon İsveçrə frankı dəyərində azalması

– Enerji xərclərinin azaldılmasının reallaşdırılması və bütün üçüncü tərəflərin məhsul və xidmətlərinin tam nəzərdən keçirilməsi

– Ən azı fəaliyyət səviyyəsinə uyğun olaraq cari işlək kapitalın azaldılması

Məlumata görə, gücləndirilmiş balans hesabatına əsasən qlobal LafargeHolcim 26 mart 2020-ci il tarixinə 8 milyard  İsveçrə frankı dəyərində güclü likvidliyə malikdir.

LafargeHolcim şirkətinin məlumatına əsasən, koronavirus pandemiyasının təsiri səbəbindən, 2020-ci il üçün əvvəlcədən planlaşdırılmış hədəflər artıq etibarlı deyil. "SAĞLAMLIQ, DƏYƏR VƏ NƏĞD PUL" üzrə fəaliyyət planı icra olunarkən, koronavirus pandemiyası təsiri səbəbindən 2020-ci ildə LafargeHolcim-in fəaliyyətini tam qiymətləndirmək mümkün olmur. 30 aprel 2020-ci il tarixdə İsveçrədə dərc olunacaq hesabatda şirkətin 2020-ci ilin 1-ci rübü üzrə fəaliyyəti barədə ətraflı məlumat veriləcəyi LafargeHolcim İsveçrədəki baş ofisinin yaydığı mətbuat buraxılışında qeyd olunub.

O da nəzərə çatdırılıb ki, LafargeHolcim Azərbaycanda, Holcim Azərbaycan şirkəti ilə təmsil olunur. Qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Holcim Azərbaycan da öz fəaliyyət planına yenidən baxış keçirir.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93