Lavrov Trampla qalmaqallı görüşü haqda – "Heç kim dövlət sirrini açmayıb"

10 Sentyabr, 2019, 15:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ Prezidenti Donald Trampla 2017-ci ilin may ayında Vaşinqtonda keçirilən görüşündə heç kim dövlət sirrini açmayıb.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, xəbəri TASS agentliyi yayıb.

Daha əvvəl CNN telekanalı məlumat yaymışdı ki, ABŞ, Prezident Donald Trampın kəşfiyyat məlumatları ilə səliqəsiz davranmasına görə 2017-ci ildə öz superagentini (Oleq Smolenkov nəzərdə tutulur-red.) Rusiyadan çıxarıb. Belə ki, Tramp 2017-ci ildə Ağ Evdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və o zamankı Rusiya səfiri Sergey Kislyak ilə görüşərkən, İsrailin verdiyi ən gizli məlumatları onlarla müzakirə edib.

İddialara görə, həmin məlumat İŞİD-in içərisindəki “Mossad” agenti tərəfindən ötürülübmüş və ABŞ kəşfiyyatı onu hətta yaxın müttəfiqləri ilə də tam bölüşməyibmiş…

O görüşdən sonra Mərkəzi Kəşfiyyat İdarəsində narahat olmağa başlayıblar ki, Prezident və onun administrasiyasının bəzi üzvləri Rusiyadakı qiymətli agentin ifşa edilməsinə səbəb ola bilərlər. Nəticədə həmin agentin Kremldən evakuasiyasına qərar verilib.

Lavrovun sözlərinə görə, o, Prezident Administrasiyasının keçmiş rəsmisi Oleq Smolenkovla heç vaxt görüşməyib. Və Tramp ilə görüşdə heç kim "heç bir dövlət və ya hətta qeyri-dövlət sirrini heç kimə verməyib".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93