Lavrovun çarəsizlik təsəllisi: “Avropa İttifaqı Rusiyanı ABŞ-a qurban verir”

11

“Rusiya Qərbin istəklərindən asılı olmamağa öyrəşmək məcburiyyətində qalacaq”

Ovqat.com xəbər verir ki, bu çarəsizlik təsəllisinin müəllifi Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur.

Lavrov Qərbin sanksiya təzyiqlərinə çoxdan alışdıqlarını bəyan edərək, Aleksey Navalnı ətrafında baş verən son hadisələrin Aİ ilə tamformatlı tərəfdaşlığa qayıdışı şübhə altına qoyduğunu bildirib.

“Rossiya 1” telekanalının məlumatına görə, nazir təəssüflə qeyd edib ki, avropalı tərəfdaşlar növbəti dəfə öz etibarsızlıqlarını nümayiş etdirirlər.

“Sanksiyalara öyrəşmişik… Halbuki uzağa gedən planlarımız, həm energetika, həm yüksək texnologiyalar, həm də bütövlükdə iqtisadi əməkdaşlıq sahəsində Avropa İttifaqı ilə münasibətlərin inkişafına dair çox böyük ümidlərimiz vardı. Lakin təəssüf ki, Aİ Rusiyanın cəzalandırılması sahəsində ABŞ-dan geri qalmamaq üçün ani istəklər naminə coğrafi-iqtisadi, strateji maraqlarını qurban vermək yolunu tutdu”, – deyə o bəyan edib.

Qaynaq: Лавров: Евросоюз “приносит в жертву” Россию в угоду США