“Ləqəbi “Quduz köpək” idi”

8

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti D.Tramp ilə Pentaqonun keçmiş rəhbəri Cim Mattis “Tvitter” şəbəkəsində mübahisə ediblər.

Amerika mətbuatına açıqlama verən Mattis indiki müdafiə naziri Mark Esperin ölkədə davam edən etirazlarla bağlı “təcili təzyiq göstərsək, nümayişlər dayandırılar” fikrinə qarşı çıxaraq Amerika ordusundan xalqa qarşı siyasi məqsədlərlə istifadə edilməməli olduğunu yazıb və əlavə edib: “Tramp qədər cəmiyyəti parçalayan ikinci prezident görməmişəm. O, olmasa, biz birləşə bilərik”. Mattis Trampın son üç il ərzində qəsdən ölkədə nifaq saldığını deyib.

Bu açıqlamaya “Tvitter” hesabından reaksiya verən Tramp yazıb: “Barak Obama ilə yeganə ortaq cəhərim ikimizin də dünyanın ən şişirdilmiş generalı Cim Mattisi qovmaq şərəfinə nail olmağımızdır. Onun istefa verməsini mən istədim və bundan çox məmnun oldum. Ləqəbi “Xaos”  idi, mən isə bu ləqəbi xoşlamadığımdam “Quduz köpək”lə əvəz eləmişdim”.

2018-ci ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti ilə telefon danışığının ardından ABŞ-ın bütün əsgərlərini Suriyadan çıxarmağı qərarını açıqlamasından sonra Cim Mattis müdafiə naziri postundan istefa verdiyini bəyan eləmişdi.

Hurriyyet.org