Leysanovun “Meyvəli” bazarı: nazirin etimadı necə puç edilir?

14

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun apardığı islahatlar ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Bu islahatın Dövlət Yol Polisinə aid hissəsi isə xüsusilə təqdirəlayiqdir. Çünki cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri məhz DYP-nin fəaliyyəti ilə bağlıdır. Bir müddət öncə nazirin Bakı şəhər Baş Dövlət Yol Polisi ilə bağlı gördüyü tədbirlər də bu gerçəklikdən irəli gəlirdi. Ancaq təəssüflər olsun ki, DYP sistemində yeni təyinatların hamısı ümidverici deyil. Bu sırada təxminən altı ay əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlu xüsusilə diqqət çəkir. Bu təyinata qədər A. Leysanovun adı mətbuatda bir çox qalmaqallı məsələlərlə bağlı hallanıb. Daha çox “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanov haqqında mətbuatda yer alan və rəsmən təkzib olunmayan məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq.
Leysanovlar necə dirçəlib?
Yerli media üzərəndən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlara görə Məlumata görə Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini Afiyyədin Leysanov hələ 90-cı ilin sonlarında Səlyan rayon icra Hakimiyyəti başçısının müavini olmuş, daha sonra uzun müddət Salyan rayonunda Pambıq zavodunun direktoru işləmiş Bahəddin Leysanovun oğludur. Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi, ”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50%-nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər. B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü olduğu da bıldırilır. Buna hec bir sözümüz yoxdur.
DYP-nin “Meyvəli” terminalında “köhnə hamam, köhnə tas”
Daxili işlər nazirimiz, Cənab General-polkovnik Vilayət Eyvazovun nəzərinə çatdırırıq ki, Qeydiyyat-İmtahan İdarəsində yaxşıya doğru heç bir dəyişiklik hiss olunmur. Bu sahədə yenə “Köhnə hamam, köhnə tas”dır. Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır. Cumhuriyyet.az-a müraciət edən onlarla vətəndaşın əsas şikayəti BDYPİ-nin qeyd olunan ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş alıb gedən qanunsuzluqlar barəsindədir. Şikayətçilər bildirirlər ki, idarədə hər hansı xidmət üçün ödəniləcək dövlət rüsumunu xatırlatmaq oranın əməkdaşları tərəfindən istehzalı gülüşlə qarşılanır. Buna görə də sözügedən müəsisədə heç bir ödəniç terminalı yoxdur. Bütün ödənişlər əlbəl və rəsmi rüsumdan qat-qat yüksək qiymətə edilir. Vətəndaşlardan dövlət rüsumu əvəzinə alınan pulların məbləği isə xidmətdən asılı olaraq, dəyişir. İdarədə növbə gözləməkdən və qəbul zamanı üzləşdikləri süründürməçilikdən bezənlərin köməyinə isə maklerlər çatır – onlar idarənin qarşısında hazır dayanıblar.
Video lentə alınan qanunsuzluqlar
İnternet rsurslarında Bakı şəhəri, Qaradağ rayonu “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan baş verən qanunsuzluqlarla vieoçəkiliş yayılıb.

Video ilə bağlı məlumat verən şəxs medaiaya açıqlamasında iddia edir şəxsi vəsaiti hesabına xaricdən alıb  gətirdiyim avtomobili ilə Qeydiyyat-imtahan şöbəsinin həyətinə daxil olarkən, dərhal qarşımnı kəsərək, heç bir əsas olmadan bizdən 50 manat pul tələb edbilər. “Səbəbini soruşduqda “Rəisin tapşırığıdır, bu yerdə qayda–qanun belədir, vəssəlam!” deməklə, bizdən tələb etdikləri 50 manat pulu aldılar. Elə ki, beş-on addım irəli getdik, o halda başqa şəxslər qarşımızı kəsib “İstəyirsinizsə 400 manat pul verin avtomobiinizi birbaşa adınıza sənədləşdirək” deyib öz təkliflərini bildirdilər. Düzdür, biz onların belə bir təklifini qəbul etmədik və gətirdiyimiz avtomobilə “Tranzit nömrə” almaq qərarına gəldik. Ümimi sənədləşmə işlərinin gedişi zamanı bizi elə bir vəziyyətə saldılar ki, nəinki istənilən məbləği verməli olduq, hətta olmazın getgələ də salındıq. Bütün bunların qarşılığına bizə heç bir ödəniş qəbzi verilmədi”.
Leysanova bağlı açıq dələduzluq faktı
Bu qanunsuzluğun nəticəsidir ki, ötən il Leysanovun əməli cinayət halina qədər aşkarlanmışdı. Belə ki, Bakı şəhər sakini, Anar Şahbazov ona olan 51 min manat (30 min dollar) borcun qaytarılması üçün tanışı Arzu Əliyarovun şəxsi mülkü olan avtomobilinə həbs qoyulsa da, sonradan qanunsuzluqlar meydana çıxıb. Avtomobilin satışı vasitəsilə A.Əliyarovun A.Şahbazova olan borcunun ödənilməsi üçün məhkəmə qərar çıxarıb: “Borcun ödənilməsi üçün Nərimanov rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qərar çıxarılıb. Qərardan sonra icra mənə borcu olan Arzu Əliyarovun 10 BZ 090 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilinə həbs qoyaraq satışa çıxardı və avtomobilin satışından əldə olunan gəlirlə mənim borcumun qaytarılmasının təmin edilməsi üçün göstəriş verildi. Amma avtomobilə həbs qoyulduğu üçün onun başqasına satılması əngələ çevrilir, çünki maşını kiminsə adına keçirmək mümkün olmur. Əliyarov barəsində isə dələduzluq maddəsi ilə cinayət işi açılıb”.
Şikayətçinin sözlərinə görə, həbs qoyulan avtomobil Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsinin əməkdaşı Afiyəddin Leysanov tərəfindən qanunsuz olaraq başqasının adına qeydiyyatdan keçirilib: “Müxtəlif üsullarla həmin avtomobilin satışı həyata keçirilib. A.Leysanov avtomobili başqasının adına qeydiyyatdan keçirib. Bununla da, avtomobil mənə borcu olan A.Əliyarovun şəxsi mülkləri siyahısından çıxarılıb. Mən bundan sonra A. Leyasnovun qəbulunda oldum, amma o, özünü xəstəliyə vurub təzyiqinin qalxdığını bildirdi. Buna baxmayaraq avtomobili başqasının adına qeydiyyatdan keçirdiyini təsdiqlədi. Mənə də problemimin yoluna qoyulacağını bildirdi. Amma məhkəmə tərəfindən 2018-ci ilin martında verilən qərar hələ də icra olunmayıb”.
“Meyvəli”də isə “bazar” davam edir…
Şikayətçilərin söylədiklərinə əsasən, idarədə rəsmi iş vaxtı 18:00-da başa çatsa da, əməkdaşlar saat 20:00, hətta 21:00-a qədər oranı tərk etmirlər. Təbii, iş vaxtından sonra bu qədər çox “işləməyə” səbəb vətəndaşlara xidmət göstərmək yox, daha çox qazanc əldə etməkdir. Vətəndaşların bizə edilən şikayətlərinin nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək üçün BDYPİ-nin “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsinə yollandıq. “Avtomobilimizi dövlət qeydiyyatına aldırmaq” adı ilə idarəyə keçmək istəsək də, müvafiq sənədlərimiz olmadığı üçün bu cəhdimiz baş tutmadı. “İdarəyə sənədlə gəlmək lazımdır” cavabı ilə bizi qapıdan geri qaytardılar. \\Cumhuriyyet