​“Əlhəmdüllah, ibadətimizi edirik” – Ziya Məmmədovun qardaşı

13 İyul, 2019, 8:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Eks-deputat, hazırda Azərbaycan Texniki Universitetinin Strateji inkişaf üzrə prorektoru Elton Məmmədov qardaşı Ziya Məmmədovun günlərdir müzakirə olunan müsahibəsinə münasibət bildirib.

Hurriyyet.org xəbər verir ki, o, "Yeni Müsavat"a açıqlamasında əfəndi nəslindən olduqlarını qeyd edib:

"Əvvəla, mən tituluna, cəmiyyətdəki mövqeyinə, dövlətçiliyə xidmətinə görə hər bir insana yüksək qiymət verirəm. Gərək mətbuat bir insan haqda sağlam münasibət bildirsin. Ziya müəllimin (Ziya Məmmədov) ibadətlə məşğul olması haqda məlumat elə təqdim olunub ki, onu oxuyan sabah cəmiyyətə başqa cür ötürür. İlk növbədə təhqirə yol verilməməlidir. Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanun var.

İbadət Allahın hər bir müsəlmana buyurduğudur. Biz sağlam cəmiyyət formalaşmasını istəyirik. Allah məscidləri namazın sütunu adlandırıb. Əlhəmdüllah, biz də müsəlmanıq, ibadətimizi edirik. Amma onu kimsəyə bəyan eləməyə ehtiyac görmürəm. Allahın buyurduğu qədər xalqımıza xidmət edirik. Bizim istəyimiz təhlükəsiz bir cəmiyyətdir, ölkəmiz inkişaf eləsin, dəqiq elmin tərəfdarıyıq. Mətbuatın da bu məsələdə böyük rolu var.

Bəli, biz əfəndi nəsliyik. Böyük dini ziyalılarımız olub. O insanlar islamın yayılmasının qadağan olunduğu sovet dövründə dini çatdırmaqla məşğul olublar".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93