“Əli Əhmədov donor kimi tam yararlıdır” – Nazirlikdən AÇIQLAMA

10 Sentyabr, 2019, 9:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Səhiyyə Nazirliyi Azərbaycanın Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun donor olmasının mümkünsüzlüyü ilə bağlı yayılan iddialara münasibət bildirib.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının mənzil qərargahında YAP icra katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatının nümayəndələri qanvermə aksiyasında iştirak edib: "Həmin aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təcrübəli tibb işçiləri tərəfindən könüllü donor olmaq istəyən şəxslərdən qan götürülüb. O cümlədən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov həmin aksiya zamanı qan verərək donorluq edib".

Bildirilib ki, digər donorlar kimi, Əli Əhmədov da həkim müayinəsindən keçib, donor olmaq üçün heç bir əks-göstəriş aşkarlanmayıb: "O dəfələrlə qan verdiyi üçün, qanverməyə tam yararlı olması müəyyən edilib və qan götürülüb. Qanvermə prosesi tam normal keçib".

Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.07.2006-cı il tarixli 112 nömrəli əmrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 4 №-li əlavənin (Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydası) 1.11. bəndinə əsasən (1.11. Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.) 65 yaşdan yuxarı donorlar həkim rəyinə əsasən həm təkrar qanvermədə, həm də ilkin qanvermədə iştirak edərək donor ola bilərlər.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93