Əli Əsədovdan MÜHÜM QƏRAR: Koronavirusla mübarizədə…

14 Fevral, 2020, 19:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb.

Bununça bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılacaq.

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.\\Publika


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93