Livanda partlayışla bağlı bir neçə nəfər HƏBS EDİLDİ

23

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışlarla əlaqədar limanın 16 əməkdaşı həbs edilib.

Bu barədə Livan Hərbi Məhkəməsinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb. \\Teleqraf