Liviya Milli Ordusunun rəhbərindən gözlənilməz addım: atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib

14 Yanvar, 2020, 7:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar atəşkəs haqqında sazişi imzalamadan Moskvanı tərk edib.

Bu barədə RİA “Novosti” liviyalı mənbəyə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri ayrı-ayrılıqda Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs sazişinin imzalanması ilə bağlı danışıqlar aparıblar.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac atəşkəslə bağlı sənədi imzalayıb. Lakin Haftar sabaha kimi vaxt istəyib./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93