Salam, xoş gəlmisiniz.

“Liviyada dövlətçiliyi NATO məhv etdi” - LAVROV

2020-01-14 14:15:00

“Liviyada dövlətçiliyi NATO məhv etdi” - LAVROV

Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “Hazırda Liviyada dövlətçilik yoxdur, onu 2011-ci ildə NATO məhv elədi. Bu cinayətkar, qanunsuz avantüranın nəticələri ilə biz indiyə qədər qarşılaşırıq. Bundan ən çox əziyyət çəkən isə Liviya xalqıdır”.

Lavrov alyansın yaratdığı problemi hazırda bir çox ölkələrin – Almaniya, Fransa, İtaliya, Əlcəzair, Misir, BƏƏ, Türkiyə, Qətər və Rusiyanın həll eləməyə çalışdığını bildirib.

Bəlli olduğu kimi, dünən Moskva şəhərində Rusiya və Türkiyənin vasitəçiliyi ilə Liviyadakı iki döyüşən tərəf arasında danışıqlar aparılsa da, razılaşma əldə eləmək mümkün olmayıb. Qiyamçı general Həftər atəşkəs müqaviləsini imzalamaqdan imtina edib.

2011-ci ildə ABŞ ilə NATO-nun başçılıq elədiyi beynəlxalq koalisiya Liviyada əməliyyat apararaq, ölkənin qanuni prezidenti Müəmmar Qəddafini devib qətlə yetirmişdi. Bundan sonra ölkə başsız qaldı və ikitirəlik başlandı.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru