“Ölkə vətəndaşlarının sosial təminatını heç olmasa yaşayış minimumu həddində təmin edin” – KEÇMİŞ DEPUTAT HÖKUMƏTƏ SƏSLƏNDİ

8 Aprel, 2020, 16:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“İnsanlar sizin pis idarəetmənizdən dilənirlər”

“Hörmətli hökumət, supermarketlərin yanına yaxınlaşanda çörəkpulu istəyən orta yaşlı adamlar çoxalıb, bu həftə ərzində 3-cü adamdır ki, yaxınlaşıb pul istəyir. Bu, o deməkdir ki, insanlar əməkqabiliyyətli olsalar da, müxtəlif səbəblərdən, o cümlədən sizin pis idarəetmənizdən dilənirlər. Hələ inboxa yazan, zəng edən başqa xahişləri demirəm.. Yəqin mənə edilən müraciətlərdən başqa adamlara da edilir.. Biz 2009-cu ildə Referendumda "sosial dövlət" maddəsinə səs verərək Konstitusiyaya salmışıq.. Əgər vaxtınız olsa, onu da oxuyun və bu ölkənin vətəndaşlarının sosial təminatını heç olmasa yaşayış minimumu həddində təmin edin”. Hurriyyet.org xəbər verir ki, keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli sosial şəbəkə hesabından hökumətə müraciət ünvanlayıb.

Bəydəmirli diqqətə çatdırıb ki, Gədəbəyin Şahdağ kəndindən Sevda xanım adlı seçici ona zəng edib:“Mənim yerimə “asan təyinat almış” deputatın telefonunu istəyir (əvvəllər də Rafiq doktoru 5 il məndən soruşduqları kimi) mən də problemini soruşuram…ailə başçısı yoxdur, 3 oğlunun biri Bakıda metaləritmə sexlərinin birində, ikincisi mebel sexlərinin birində işləyirlər. İkisinin də işi dayanıb (ehtimal ki, əmək müqavilələri yoxdur dəstək almayacaqlar), kirayədə yaşayırlar, pul yox, iş yox…..3-cü oğlu Ağcabədi rayonunda hərbi xidmətdə tərxis olunmaq vaxtı aprelin 1-də olsa da, buraxmayıblar…Bir xeyli danışdım, ürək-dirək verdim. Sonda soruşur ki, işsizliklə bağlı 190 manatdan necə yararlana bilərlər?Dedim, uşaqlara verin telefonumu baxaq görək, islahatçı nazirlərimizin yaratdığı “qohum, əqrəba, dost, tanış, sinif yoldaşı, məhlə dostu, bibi oğlu, dayı oğlu və s.” kateqoriyadan dolu olan kreativ sistemlərində nəsə imkan tapıb qeydiyyata ala bildirə biləcəmmi..”

Bəydəmirli onu da vurğulayıb ki, Azərbaycan başdan-ayağa belə idarə olunur: “Başlı-başını saxlasın, hər şey PR üçün, hər şey görüntü üçün, yaxşı kadrlardır, ingilis dilini də çoxumuzdan yaxşı bilirlər, ancaq azərbaycanlı-vətəndaş dilini bilmirlər”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93