Salam, xoş gəlmisiniz.

Ölkə vətəndaşlığından çıxma ilə bağlı dəyişiklik olacaq

2019-07-18 12:49:51

Ölkə vətəndaşlığından çıxma ilə bağlı dəyişiklik olacaq

Dövlət Miqrasiya Xidməti ölkə vətəndaşlığından çıxma ilə bağlı mövcud qanunvericilikdə olan məsuliyyətin azaldılması ilə bağlı təkliflər üzərində işləyir.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. O qeyd edib ki, qanunvericiliyə əsasən 1 ay müddətində ölkə vətəndaşlığından çıxma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir:

“Həmin şəxs məlumat vermədiyi halda haqqında inzibati tədbirlər görülür. Bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər üzərində işləyirik. Təklif məsuliyyətin azaldılması ilə bağlıdır”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru